Milsi Premyer Liqasının 28-ci turunda “Zirə” “Neftçi” ilə qarşılaşır.
“Qafqazinfo” xəbər verir ki, matçın 90+4-cü dəqiqəsində ara qarışıb.
Belə ki, “Neftçi”nin 1:0 hesabı ilə öndə olduğu matçın son dəqiqələrində “Zirə” bərabərlik qolu vurub. Bundan sonra “ağ-qaralar” etiraz edərək hakimin üzərinə hücum çəkiblər.
Baş məşqçi Yuri Vernidub hakimin qərarına papağını yerə çırparaq reaksiya verib.
Nəticədə oyunun baş hakimi İnqilab Məmmədov ehtiyat oyunçular skamyasındakılara, futbolçulara və “Neftçi”nin baş məşqçisi Yuri Verniduba qırmızı vərəqə göstərib.
Son xəbərlər
Son Xəbərlər