İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama

iran-naxcivanla-serhede-herbi-texnika-yigir
Oxunma sayı: 929

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası yayılıb.

“Qafqazinfo” xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı APA-ya açıqlama verib.

Bildirilib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.

Səfirlikdən onu da qeyd ediblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.

Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.