“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hazal Kayanın serialdan ayrılmasının ardından “Emirin yolu” əvvəlki reytinqini itirib. Bu səbəbdən də serialın daha yayımlanmamasına qərar verilib.
Xatırladaq ki, serial əvvəl “Adını Feriha koydum”, daha sonra “Adını Feriha koydum – Emirin yolu” adı ilə yayımlanırdı.