13-cü tur “Qarabağ” və “Qəbələ” ilə başlayır

13-cu-tur-qarabag-ve-qebele-ile-baslayir
Oxunma sayı: 685

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilir. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

İlk olaraq "Qəbələ" meydana çıxacaq. Roman Qriqorçukun komandası səfərdə "Sumqayıt"ın qonağı olacaq. Son oyunlarda uğursuz nəticələr qazanan "qırmızı-qaralar"ın bu matçda nə edəcəyi maraqla gözlənilir.

Bundan bir qədər sonra isə Bakıda - Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda ("Azərsun Arena") start fiti səslənəcək. Lider "Qarabağ" cari mövsüm ilk oyunda məğlub etdiyi "Kəpəz"i yenə üstələməyə çalışacaq.