Balakəndə iki avtomobil toqquşub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mercedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər