O serialla bağlı qərar verildi

o-serialla-bagli-qerar-verildi
Oxunma sayı: 429

Türkiyədə reytinqində azalma müşahidə olunan “Kuruluş Orhan” serialının taleyi barədə son qərar verilib.

“Qafqazinfo”nun xəbərinə görə, Mert Yazıcıoğlunun baş rolda olduğu serialın ikinci mövsümünün olmayacağı açıqlanıb.

Serial 26-cı bölümdə final edəcək.

Qeyd edək ki, əvvəlki “Kuruluş Osman” mövsümlərində baş rolda Burak Özçivit oynayıb və serial reytinq rekordları qırıb. Özçivitin mübahisəli şəkildə serialdan ayrılmasından sonra baş rol Mert Yazıcıoğluna həvalə olunub və serialun adı “Kuruluş Orhan” olaraq dəyişdirilib, Mert Yazıcıoğlu isə Orhan Bəy obrazını canlandırıb.

Yazıcıoğlu serialla bağlı qərara münasibət bildirib: “Bu şeylərin bir çox parametri var, gəlin buna tale deyək. Tək bir şeydən asılı olaraq bitmir. Hamısı ilə ayrı-ayrılıqda işləmək xoş idi, hamısı töhfə verdi. Əla 26 bölümümüz oldu”.