Venesiya köçürüləcək

venesiya-kocurulecek
Oxunma sayı: 369

Dəniz səviyyəsinin davamlı yüksəlməsi səbəbindən Adriatik dənizinin incisi Venesiyanı qorumaq mümkün deyil. MOSE baryer sistemi yalnız 1,25 metr yüksəlişə tab gətirə bildiyindən şəhəri gələcək daşqınlardan qorumaq qeyri-mümkündür.

“Qafqazinfo” xəbər verir ki, son 23 ildə Venesiyada 18 böyük daşqın olub və artıq “Acqua Alta” dövrlərindən kənar, il boyu küçələr su altında qalır.

Tədqiqatçılar proqnozlaşdırır ki, növbəti 300 ildə dəniz səviyyəsi 7-16 metr arta bilər.

Bu səbəbdən alimlər tarixi şəhərin köçürülməsini təklif edirlər. Plana görə, Müqəddəs Mark Bazilikası və digər qiymətli tikililər yeni bir əraziyə daşına bilər. Bu nəhəng əməliyyatın dəyəri 90 milyard avro olaraq qiymətləndirilir. Məqsəd Venesiyanın ruhunu qoruyub saxlamaq olsa da, “əsas” şəhər tarixə qarışaraq sular altında qalacaq.

Venesiyanın məcburi köçü müasir dünyanın qarşılaşdığı nadir hal deyil. İqlim böhranı və insan fəaliyyətləri səbəbindən bir çox şəhər buna məcbur qalır. Məsələn, İndoneziyanın paytaxtı Cakarta sürətlə batan şəhərlərdən biridir və hökumət yeni paytaxt Nusantaraya köçürülür. Sakit okeandakı Tuvalu və Kiribati isə ada dövlətlərinin əhalisini digər ölkələrə köçürməyi planlaşdırır.

Eyni zamanda, İsveçin şimalında yerləşən Kiruna şəhəri də dəmir mədənlərinin yaratdığı torpaq qeyri-sabitliyi səbəbindən tədricən üç kilometr şərqə köçürülür. Bu əməliyyat memarlıq və şəhər planlaşdırılması baxımından unikal nümunə sayılır.