Ötən gün Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 127 ev xəsarət alıb. Bu barədə “Qafqazinfo”ya Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı deyib ki, qəzalı vəziyyətdə olan bir ev tamamilə uçub:
“İlkin əldə etdiyimiz məlumata görə, 127 evdə çat əmələ gəlib. Hansı ki, o evlərin əksəriyyətində çatlar var idi. Sadəcə olaraq həmin çatlar zəlzələ nəticəsində genişlənib. Bundan başqa, orta məktəbdə çat yaranıb.
Həmçinin, qəzalı vəziyyətdə olan ev uçub. Həmin evdə yaşayış olmayıb. Yəni, ev sahibləri qəzalı vəziyyətdə olan hissədə olmayıblar. Faciəyə çevrilən, insanlara xəsarət edilən hadisə baş verməyib”.
***
"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, hazırda ölkədə zəlzələ ilə bağlı olaraq elektrik problemi yaşanan hər hansı bir ərazi qeydə alınmayıb:
“Titrəyişlər nəticəsində Ağdamın Quzanlı qəsəbəsində elektrik transformatorunda problem yaşanmışdı. Briqadamız gecə boyu işləyib və hazırda hər şey qaydasındadır”.
Son xəbərlər
Son Xəbərlər