ABŞ-da qaz sızması 40-dan çox evdə partlayışa səbəb oldu

abs-da-qaz-sizmasi-40-dan-cox-evde-partlayisa-sebeb-oldu
Oxunma sayı: 1126

ABŞ-ın Massaçusets ştatında qaz sızması nəticəsində 40-dan çox evdə partlayış baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, partlayışlar və yanğınlar nəticəsində 4 nəfər xəsarət alıb. Polis Bostondan şimalda daha 70 qaz sızması hadisəsini araşdırır. Hadisəyə səbəb kimi “Columbia Gas” qaz şirkətinə məxsus şəbəkədə yaranan nasazlıq göstərilir.

Lourens, Andover və Şimali Andover şəhərlərinin sakinlərinə evlərini tərk etmək tapşırılıb.