Vilayət Eyvazovdan yeni rəis təyinatı

Vilayət Eyvazovdan yeni rəis təyinatı
Oxunma sayı: 12305

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Zaqatala rayonuna yeni rəis təyin edib.

"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə bu posta Daşkəsən rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucov gətirilib.

Qeyd edək ki, bunadək sözügedən postda Adil Ələkbərov olub. O, 3 gün öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi