Şəmkirdə ağır qəza - Ölən və yaralananlar var

semkirde-agir-qeza
Oxunma sayı: 489

Şəmkirdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun Keçili kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Nəticədə, 2008-ci il təvəllüdlü Teymur Orucov hadisə yerində ölüb. Sürücü 20 yaşlı Vüsal Əmrahov və sərnişinlərdən 2002-ci il təvəllüdlü Cahid  Rüstəmov xəsarət alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev