“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın nüfuzlu diplomatı həm vəzifədə olarkən, həm də sonrakı dövrlərdə daim dövlət maraqları naminə Rusiya və ABŞ-ın, o cümlədən Ermənistanın əleyhinə sərt mövqeyi ilə gündəmdə olub.
Qısa olaraq bildirək ki, V. Quluzadə 21 dekabr 1940-cı il ildə Bakıda anadan olub. Atası Mirzəağa Quluzadə-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır.
SSRİ zamanında uzun müddət ərəb ölkələrində diplomat kimi çalışıb.
1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyib. Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb. Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib. O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib.
1999-cu ilin sonlarına yaxın, xarici işlər naziri Tofiq Zülfüqarov və prezident administrasiyasının katibliyinin rəhbəri Eldar Namazovla bir vaxtda istefa verib. İstefa ərəfisində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.
Lakin müşahidəçilər göstərilən səbəbləri diplomatik addım hesab edirlər. Əslində isə onun bu hərəkəti Azərbaycan-Ermənistan danışıqlarından uzaqlaşdırılmasına etiraz kimi dəyərləndirilirdi.
“Qafqazinfo” V. Quluzadənin 1999-cu ildə Mirşahin Ağayevlə “Təmiz Söhbət” müsahibəsini təqdim edir. Politoloq bu müsahibədə həyatı ilə bağlı ən maraqlı məqamları açıqlayıb:
Son xəbərlər
Son Xəbərlər