Şəmkirdə azyaşlı qızdırmadan ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2025-ci il təvəllüdlü Mehdi Sənan oğlu Əzimov 5 gün davam edən yüksək hərarətdən sonra xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Sorğumuza cavab olaraq TƏBİB-dən bildirilib ki, 15.06.2026-cı il tarixində saat 15:20 radələrində 1 yaşlı uşaq bioloji ölüm vəziyyətində Şəmkir Təcili Tibbi Yardım Bölməsinə gətirilib.
Baş vermiş hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Son xəbərlər
Son Xəbərlər