NATO-nun istifadəsində olan Amerika kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində rekord müddət – doqquz saat uçuş həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS agentliyi hava hərəkətinə nəzarət xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirib ki, “Bombardier ARTEMIS II” təyyarəsi Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxıb və Moskva vaxtı ilə təxminən saat 09:40-da Qara dənizin cənub hissəsi üzərində uçuşa başlayıb; təyyarə təxminən 11 kilometr hündürlükdə qərb və şərq istiqamətləri arasında irəli-geri hərəkət edib.
Mənbənin sözlərinə görə, təyyarə Rumıniyadan başqa heç bir dövlətin hava məkanına daxil olmayıb, lakin bir neçə dəfə Rumıniya ilə Ukrayna arasındakı sərhəd zonasına yaxınlaşıb.
Son xəbərlər
Son Xəbərlər