10 gündür komada olan qazi vəfat etdi - Foto

10-gundur-komada-olan-qazi-vefat-etdi
Oxunma sayı: 1043

Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyətinin daha da ağırlaşması səbəbindən komaya düşüb.

Əsgər Hüseynov bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunub.