110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110-minden-cox-abituriyent-erizesini-tesdiqleyib
Oxunma sayı: 3442

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başa çatıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, 115 min 245 abituriyent ərizə verib.

Qeyd edilib ki, abituriyentlərdən 110 min 354 nəfər ali təhsil müəssisələrinə, 96 min 667 nəfər kolleclərə (11 illik) qəbul olmaq üçün müraciət edib.

Ali təhsil müəssisələrinə ərizə verən abituriyentlərin 100 min 259 nəfəri Azərbaycan bölməsi üzrə, 10 min 095 nəfəri rus bölməsi üzrə sənəd verib.

Orta ixtisas təhsili müəssisələrinə (11 illik) sənəd verənlərin 89 min 858 nəfəri Azərbaycan bölməsi, 6 min 809 nəfəri isə rus bölməsi üzrə müraciət edib.