14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14-illik-hebsden-cixan-kimi-yene-adam-oldurmusdu
Oxunma sayı: 3103

Şabranda mənzilə basqın edərək evin xanımını və ərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ikisini də tamah niyyəti ilə köməksiz vəziyyətdə olan şəxslərii xüsusi amansızlıqla öldürməkdə, quldurluqda təqsirli hesab edib. Elçinin bundan əvvəl də qəsdən adam öldürməyə görə 14 il həbsdə olması (2010-2024) da ağırlaşdırıcı hal kimi qeydə alınıb.

Xəbəri rus dilində oxuyun: Налетчики из Шабрана получили пожизненные сроки

Müttəhimlər özlərini qismən təqsirli bilib, evə oğurluq məqsədilə girdiklərini deyiblər. Onlar planlamadıqları bu qətlə görə peşmanlıqlarını dilə gətiriblər. 

Cinayətin ağırlığı nəzərə alınaraq, Elçin Fərzəliyev və Murad Məmmədova heç bir güzəşt edilməyib. Onlar ikisi də qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum ediliblər.

Fotoda: Qətlə yetirilən G.Hüseynova və əri A.Hüseynov

Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. 43 yaşlı Elçin Fərzəliyev və 48 yaşlı Murad Məmmədov Şabran şəhərində yaşayış evlərindən birinə basqın ediblər. Hadisə vaxtı onlar dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə, 54 yaşlı Gülnarə Hüseynovanı qəsdən öldürüb, onun əri 56 yaşlı Arif Hüseynova xəsarət yetiriblər. Sonradan M.Məmmədov xəstəxanada ölüb.

Sail Ağasəlim