“Memati” orqanlarını bağışladı

memati-orqanlarini-bagisladi
Oxunma sayı: 484

Türkiyəli tanınmış aktyor Gürkan Uygun Orqan Donorluğu Həftəsi çərçivəsində Kocaeli Universiteti Xəstəxanasında keçirilən tədbirdə iştirak edib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Uygun orqanlarını bağışlamaq barədə qərar verdiyini açıqlayıb.

Aktyor vətəndaşları orqan donorluğu haqqında düşünməyə çağıraraq, “Sizin sonunuz başqası üçün bir başlanğıc ola bilər” ifadəsini işlədib.

Qeyd edək ki, bir çox film və seriallarda rol alan Gürkan Uygun “Kurtlar Vadisi” serialındakı “Memati” rolu ilə məşhurlaşıb.