FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatı və klublararası dünya çempionatında iştirakçıların sayını artırmaq planlarından imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, İnfantino qərarını FIFA Şurasının üzvlərinə çatdırıb. O, yenidən prezident seçiləcəyi təqdirdə turnirlərin genişləndirilməsində israr etməyəcəyini və bununla bağlı bütün planlardan imtina edəcəyini bildirib.
Nəşrin məlumatına görə, İnfantino bu addımla dünya çempionatının yayım hüquqlarının satışı ilə bağlı yaranmış qalmaqal fonunda ona qarşı təzyiqləri azaltmağa çalışır. Həmçinin, FIFA rəhbərinin qərarsız qalan üzvləri öz namizədliyini dəstəkləməyə razı salmaq istədiyi iddia olunur.
Qeyd edək ki, hazırda klublararası dünya çempionatında 32 komanda, milli komandalar arasında keçirilən dünya çempionatında isə 48 yığma iştirak edir.
Son xəbərlər
Son Xəbərlər