“166 Global” Azərbaycanı təmsil edən ilk şirkət oldu - Fotolar

166-global-azerbaycani-temsil-eden-ilk-sirket-oldu
Oxunma sayı: 787

“166 Global” Latın Amerikasının ən böyük logistika tədbirlərindən biri – “Intermodal South America 2026” sərgisində iştirak edərək Azərbaycanı bu platformada təmsil edən ilk logistika şirkəti olub.

“Qafqazinfo” xəbər verir ki, San-Paulo şəhərində keçirilən sərgidə şirkət öz stendi ilə çıxış edərək müxtəlif ölkələrdən yüzlərlə şirkətlə görüşlər keçirib, yeni əməkdaşlıq imkanlarını müzakirə edib və mövcud tərəfdaşlıqlarını genişləndirib.

“166 Global” sərgidə Aqil Zeynalov, Nurlan İmamquliyev və Victor Wu tərəfindən təmsil olunub. Nümayəndə heyəti sərgi müddətində çoxsaylı işgüzar görüşlər keçirərək şirkətin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi istiqamətində fəal rol oynayıb.
“Intermodal South America” logistika, yük daşımaları və beynəlxalq ticarət sahəsində dünyanın aparıcı platformalarından biri hesab olunur. Hər il Braziliyanın San-Paulo şəhərində keçirilən bu sərgi minlərlə şirkəti və sənaye liderlərini bir araya gətirir.

“166 Global” bu tədbirdə yalnız xidmətlərini təqdim etməklə kifayətlənməyib, eyni zamanda Azərbaycanın logistika potensialını beynəlxalq auditoriyaya nümayiş etdirib. Şirkətin stendi xarici iştirakçıların diqqətini cəlb edib və geniş işgüzar görüşlərə ev sahibliyi edib.

“166 Global”ın CEO-su Aqil Zeynalov bildirib: “Intermodal South America 2026 kimi nüfuzlu bir platformada iştirak etmək bizim üçün yalnız təqdimat imkanı deyil. Bu, yeni tərəfdaşlıqlar qurmaq, mövcud əlaqələri gücləndirmək və Azərbaycanı qlobal logistika xəritəsində daha görünən etmək baxımından strateji addımdır”.

“166 Global” beynəlxalq yükdaşıma və logistika həlləri təqdim edən, multimodal daşımalar üzrə ixtisaslaşmış aparıcı Azərbaycan şirkətlərindən biridir. Şirkət müxtəlif ölkələrdə yerləşən ofisləri və tərəfdaş şəbəkəsi vasitəsilə müştərilərinə sürətli, çevik və etibarlı xidmətlər təqdim edir.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

[email protected]

https://166global.com/az