100 min hərbçiyə məktub göndərdilər - II Dünya müharibəsindən sonra ilk dəfə

100-min-herbciye-mektub-gonderdiler
Oxunma sayı: 208

Böyük Britaniya Müdafiə Nazirliyi “strateji ehtiyat” statusunda olan 100 min keçmiş hərbçiyə mümkün müharibəyə hazır olmaq çağırışı ilə məktub göndərib.

“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, sənədlərdə əlaqə məlumatlarının yenilənməsi, mövcud peşə və bacarıqların bildirilməsi, həmçinin təlimlərdə, o cümlədən NATO təlimlərində könüllü iştirak imkanları qeyd olunub.

Məktubda bu addımın mümkün hərbi hücum halında müdafiə qabiliyyətini artırmaq, çəkindirməni gücləndirmək və münaqişə riskini azaltmaq məqsədi daşıdığı vurğulanıb. Bildirilir ki, hökumət İkinci Dünya müharibəsindən bəri ilk dəfə ehtiyatda olanlara bu miqyasda hazırlıq çağırışı edir.

Məktubların dərhal səfərbərlik və ya orduya geri çağırılma anlamına gəlmədiyi açıqlanıb. Qeyd edilib ki, ehtiyatların böyük hissəsi heç vaxt xidmətə qaytarılmayacaq, əsas məqsəd kimin harada olduğunu, hansı bacarıqlara malik olduğunu və lazım gəldikdə necə əlaqə saxlanılacağını müəyyənləşdirməkdir.