Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Onlar - 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərovadır.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər