Bu gün Azərbaycanda Estoniyanın səfirliyi açılacaq

bu-gun-azerbaycanda-estoniyanin-sefirliyi-acilacaq
Oxunma sayı: 99

“Bakıya yenicə çatdıq. Bu gün Estoniyanın Azərbaycandakı səfirliyini rəsmən açırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “X” hesabında Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna yazıb.

“Bu, ölkələrimiz arasında inkişaf edən əlaqələrin bariz göstəricisi olan mühüm mərhələdir.

Prezident İlham Əliyev və əziz həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşməyi səbirsizliklə gözləyirəm. Görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığımızı necə dərinləşdirəcəyimizi, həmçinin regional və Avropa təhlükəsizliyini necə möhkəmləndirəcəyimizi müzakirə edəcəyik”, - o qeyd edib.