Tovuzda iki qadını maşın vurdu - Yenilənib

tovuzda-iki-qadini-masin-vurdu
Oxunma sayı: 988

Tovuzda iki qadın maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hər iki şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Piyadaların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

***

Qəzada xəsarət alan qadınların kimliyi məlum olub.

Belə ki, “Hundai” markalı yük avtomobilinin vurması nəticəsində 1983-cü il təvəllüdlü Ramilə Həsənova və 1996-cı il təvəllüdlü Jalə Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yunis Quliyev