Sumqayıtda Heydər Əliyev Parkının yaxınlığındakı avtobus dayanacağının dəmir dirəklərində elektrik cərəyanının olması ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Görüntülərdən də aydın olur ki, elektrik cərəyanını müəyyən etmək üçün olan indikator (faza yoxlayıcı vintaçan) da cərəyan olduğunu təsdiq edir.
“Bir qadını “tok” vurdu. Əlinizi dəmirə vurmayın, ehtiyatlı olun!”, - paylaşımda qeyd olunub.
Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılıb, artıq problem aradan qaldırılıb.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər