69 yaşlı kişini maşın vurub öldürdü

69-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 208

Xaçmazda avtomobil 69 yaşlı kişini vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şabran-Xaçmaz avtomobil yolunun rayonun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Zakir İsmayılovu vurub.

69 yaşlı kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov