17 yaşlı yeniyetməni həmyaşıdı bıçaqladı

17-yasli-yeniyetmeni-hemyasidi-bicaqladi
Oxunma sayı: 1062

Ağcabədidə 17 yaşlı oğlan həmyerlisi tərəfindən bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Belə ki, şəhər sakini 2003-cü il təvəllüdlü Rüstəmov Sənan Tahir oğlu həmyerlisi 2003-cü il təvəllüdlü İsmayılov Kamil ilə, aralarında yaranmış münaqişə zəminində bir neçə bıçaq zərbəsi alıb.

S.Rüstəmov dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən K.İsmayılov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli