ABŞ 2003-cü ildə İraqa müdaxilədən sonra ən böyük aviasiya qruplaşmasını Yaxın Şərqə göndərir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, ABŞ Yaxın Şərqə F-22 və F-35 qırıcılarını göndərməklə regiondakı hərbi gücünü artırmağa davam edir. Bundan əlavə, regiona ikinci aviadaşıyıcı və komanda məntəqəsi funksiyasını yerinə yetirən təyyarələr yola salınır. Regiona göndərilən “Gerald R. Ford” aviadaşıyıcısının artıq Cəbəllütariq boğazına yaxınlaşdığı bildirilir.
“Qüvvələrin bu şəkildə cəmləşdirilməsi Vaşinqtona bir neçə həftə ərzində İrana qarşı döyüş əməliyyatları aparmaq imkanı verəcək”, - adı açıqlanmayan amerikalı rəsmi nəşrə açıqlamasında deyib.
Bununla belə, ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirməklə bağlı hələ yekun qərar qəbul etmədiyi vurğulanıb.



Son xəbərlər
Son Xəbərlər