21 yaşlı qız özünü 12-ci mərtəbədən atdı

21-yasli-qiz-ozunu-12-ci-mertebeden-atdi
Oxunma sayı: 4251

Bu gün Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü Məhəmmədzadə Zərifə Bəhrəm qızı özünü Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binadan atıb.

Binanın 12-ci mərtəbəsindən özünü atan 21 yaşlı qız hadisə yerində ölüb.

Z.Məhəmmdəzadənin həmin binanın daimi sakini olmadığı bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu araşdırmalara başlayıb.