“Süni intellekt dublyaj sahəsində ciddi bir təhdid yaradacaq. Başqa sahələrdə daha çox imkan açır və sənət adamlarının, yaradıcı insanların yaradıcılığına rəng qatır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində deyib.
“Dublyaj sənətində bunu demək bir qədər çətindir. Çünki süni intellektin imkanları kifayət qədər böyüyüb və çox genişlənib. Buna görə də düşünürük ki, bu, dublyaj aktyorları üçün dostdan daha çox onu düşmən kimi görməyə vadar edən bir alətə çevrilir. Amma bundan qorxmaq lazım deyil. Ona görə ki, dublyaj aktyorlarının özlərinin də kifayət qədər yaradıcılığını ifadə etmək üçün imkanları var”, - deyə o əlavə edib.
Daha ətraflı videoda:
Son xəbərlər
Son Xəbərlər