Müğənni Seda Sayan sevgilisi Erkan Çelikin aldığı 180 min avroluk avtomobili ilə gündəmə gəlib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2012-ci ildə “Twitter”də tanış olan cütlük restorandan çıxarkən görüntülənib.
180 min avroluq avtomobil haqda danışmaq istəmədiyini qeyd edən müğənni “Məndən soruşmayın, avtomobili Erkan aldı, mənə hədiyyə etdi” deyə bildirib.
Avtomobilin nömrəsinin Erkan və Sedanın baş hərflərindən ibarət olması diqqət çəkib.
Qeyd edək ki, 53 yaşlı Seda Sayan sevgilisindən 23 yaş böyükdür. Seda Sayan Erkan çelikdən əvvəl 7 dəfə rəsmi nikahda olub.
Könül








Son xəbərlər
Son Xəbərlər