Yevlax rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Qarabağ kanalının Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlu kanalda batıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
Hazırda nazirliyin axtarış-xilasetmə qrupu tərəfindən gəncin tapılması istiqamətində axtarış işləri aparılır.
Faktla bağlı araşdırma davam edir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər