3 nəfər hərarətə, 2 nəfər isə telefona görə imtahan verə bilmədi

3-nefer-herarete-2-nefer-ise-telefona-gore-imtahan-vere-bilmedi
Oxunma sayı: 1700

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün 15 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirib.

“Qafqazinfo” xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.