Yevlaxda 53 yaşlı kişinin meyiti kanaldan tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb.
1973-cü il təvəllüdlü Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkarlanıb.
İlkin məlumata görə, İ.Qasımov içkili vəziyyətdə olarkən kanala yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər