Xəbər verdiyimiz kimi, Tovuzun Düz Qırıqlı kəndində 3 yaşlı Hüseyn Qasımov su quyusuna düşərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, mərhumun yaxınları hadisənin təfərrüatını “Baku TV”yə danışıb.
“Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi”, - qohumu bildirib.
Digər qohum isə qeyd edib ki, uşaq oynayarkən quyuya düşüb:
“Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi az idi, yəqin ki, başı yerə dəyib zədə alıb”.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Son xəbərlər
Son Xəbərlər