Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Kürdəmir şəhəri Babək prospektində yerləşən beşmərtəbəli binada baş verib.
2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan 5-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən yıxılıb.
O, hadisə yerində ölüb.
***
Oxşar hadisə dünən saat 11 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində də baş verib.
2018-ci il təvəllüdlü Mədinə Cavid qızı Allahyarova yaşadığı N.İsmayılov küçəsi ev 5-in 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölüb.
Hər iki faktla bağlı aidiyyəti rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər