Çilinin şimalında 6.9 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri ölkənin şimalında yerləşən Kalama şəhərindən təxminən 31 kilometr şərqdə qeydə alınıb.
Zəlzələnin 101 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Rəsmilər ilkin məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölən və ya yaralanan olmadığını, həmçinin maddi ziyanın qeydə alınmadığını açıqlayıblar.
Son xəbərlər
Son Xəbərlər