Fitnes fenomeni evində ölü tapıldı

fitnes-fenomeni-evinde-olu-tapildi
Oxunma sayı: 407

22 yaşlı braziliyalı fitnes fenomeni Qabriel Qanli San-Pauludakı evində ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə 2,3 milyon izləyicisi olan Qabriel Qanlinin cansız bədəni dostu tərəfindən evin mətbəxində aşkarlanıb.

Hadisə yerinə çağırılan polis və təcili tibbi yardım əməkdaşları onun həyatını itirdiyini müəyyən ediblər.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda ölüm “şübhəli ölüm” kimi qeydə alınsa da, ilkin araşdırmalar zamanı zorakılıq və ya qətl izinə rast gəlinmədiyi bildirilib. Ölümün dəqiq səbəbinin ekspertiza və yarılma nəticələrindən sonra məlum olacağı qeyd olunur.

Məlumata görə, gənc fenomen daha əvvəl sosial media hesablarında əzələ inkişafını sürətləndirmək məqsədilə anabolik steroidlərdən istifadə etdiyini açıqlamışdı.

Bu tip preparatların uzunmüddətli istifadəsinin ürək-damar, qaraciyər və hormonal problemlərə səbəb ola biləcəyi bildirilir. .

Qeyd edək ki, Qabriel Qanli ötən il keçirdiyi ağır pnevmoniya səbəbindən idman fəaliyyətlərinə müvəqqəti ara vermişdi.