Netanyahudan Livan xəbərdarlığı - “Hizbullah”a hərbi təzyiq artırılacaq”

netanyahudan-livan-xeberdarligi
Oxunma sayı: 188

“İsrail rəhbərliyi ölkə ərazisinə fasiləsiz davam edən pilotsuz uçuş aparatı (PUA) hücumları fonunda Livandakı “Hizbullah” qruplaşmasının mövqelərinə hərbi təzyiqi daha da artıracaq”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu özünün rəsmi “Telegram” kanalında yayımladığı videomüraciətdə bəyan edib.

İsrail hökumətinin başçısı hazırda ölkəsinin “Hizbullah” hərəkatı ilə açıq müharibə vəziyyətində olduğunu xüsusi vurğulayıb. Netanyahu iddia edib ki, son bir neçə həftə ərzində keçirilən xüsusi hərbi əməliyyatlar nəticəsində İsrail ordusu tərəfindən qruplaşmanın 600-dən çox üzvü məhv edilib.

Baş nazir İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanın cənubunda və daxili bölgələrində yerləşən “Hizbullah” hədəflərinə sarsıdıcı zərbələr endirməyə davam edəcəyini qeyd edib. O, həmçinin son zamanlar ölkənin hava məkanını tez-tez pozan və ciddi təhlükə yaradan dronlar problemi ilə mübarizə aparmaq üçün orduda xüsusi bir taktiki qrupun yaradıldığını və bu məsələ ilə ciddi məşğul olduqlarını bildirib.