“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

bu-meselede-abs-rehberliyi-vacibdir
Oxunma sayı: 240

Ukraynanın təcili olaraq ABŞ-dən hərbi yardıma ehtiyacı var.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna lideri Volodimir Zelenski teleqram kanalında bildirib.

“Havadan müdafiəyə gəlincə, biz bunu bütün tərəfdaşlarımızla müzakirə edirik. Təəssüf ki, uzun müddətdir ki, Amerika ilə raketdən müdafiə sistemlərinin istehsalının genişləndirilməsində irəliləyiş yoxdur”, - o qeyd edib.

Zelenski vurğulayıb ki, Avropa maliyyə yardımı edir, lakin bu məsələdə ABŞ rəhbərliyi vacibdir.