Paraşütlə enərkən havada təyyarə ilə toqquşdu - Anbaan video

parasutle-enerken-havada-teyyare-ile-toqqusdu
Oxunma sayı: 560

Avstriyanın Tirol bölgəsində uçan paraşütçü havada yüngülmühərrikli təyyarə ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə anbaan hərəkət kamerası ilə qeydə alınıb.

Görüntülərdən aydın olur ki, paraşütçü ehtiyat paraşüt sayəsində sağ qalıb.

Məlumata görə, paraşütçünün uçuşu zamanı təyyarə qəfil yaxınlaşaraq onun uçuş xətti ilə kəsişib və toqquşma baş verib. Zərbə nəticəsində əsas paraşütün bildirilir.

Hadisə zamanı paraşütçü çətin vəziyyətdə ehtiyat paraşütünü işə salaraq enişi stabilləşdirib. O, meşəlik və dağlıq əraziyə düşərək yüngül xəsarətlərlə sağ qalıb.

Kameraya düşən görüntülər onun enişdən sonra şok vəziyyətində olduğunu, lakin huşunu itirmədiyini göstərir.

Təyyarənin pilotunun da nəzarəti bərpa edərək təhlükəsiz eniş etdiyi bildirilir. Həm paraşütçünün, həm də pilotun sağ qalması “möcüzəvi” olaraq qiymətləndirilib.

Toqquşmanın necə baş verdiyi və hava məkanında marşrutların necə kəsişdiyini müəyyən etmək üçün araşdırma başladılıb.