33 il sonra dəfn edilən şəhidin 40 mərasimi oldu - Fotolar

33-il-sonra-defn-edilen-sehidin-40-merasimi-oldu
Oxunma sayı: 511

I Qarabağ müharibəsi zamanı itkin düşən və 33 ildən sonra tapılaraq oktyabrın 30-da dəfn olunan şəhid Fikrət Abbas oğlu Əzizovun 40 mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti Aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, daha sonra ehsan süfrəsində ailə üzvlərinə başsağlığı verilib.

Qeyd edək ki, Əzizov Fikrət Abbas oğlu 1961-ci il yanvar ayının 13-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. Ailəli idi. İki övladı var. O, 1992-ci il fevral ayının 26-da Xocalı rayonu uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhid Qaradağ rayonunda, “Sofi Həmid Piri” qəbiristanlığında dəfn olunub.

Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.