“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

44-filminin-saundtreki-abs-ve-boyuk-britaniyada-erseye-gelib
Oxunma sayı: 581

“44” bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. 

“Qafqazinfo” xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Musiqinin ilkin yazısı ABŞ-ın “New York Production Studios” studiyasında aparılıb. Daha sonra əsərlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında lentə alınıb. Filmin musiqisinin yekun miksinq və masterinq işləri isə Böyük Britaniyanın məşhur “AIR Studios” studiyasında həyata keçirilib.

Filmin musiqi tərtibatı üzrə işlərin ümumi həcmi 394 saat təşkil edib. Bunun 202 saatı studiya yazılışına, 192 saatı isə onun işlənilməsinə sərf olunub.