46 yaşlı usta iş yerində öldü

46-yasli-usta-is-yerinde-oldu
Oxunma sayı: 2771

Bakıda usta iş yerində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 11 radələrində Binəqədi qəsəbəsində inşa edilən yaşayış kompleksində baş verib.

Orada usta işləyən Ağdam rayon sakini 1979-cu il təvəllüdlü Səməd Alış oğlu Qurbanov qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.