5-ci dəfə Yaxın Şərqə səfər edəcək

5-ci-defe-yaxin-serqe-sefer-edecek
Oxunma sayı: 1414

ABŞ dövlət katibi Antoni Blinken HƏMAS-İsrail münaqişəsinin qızışmasından sonra 4-8 fevral tarixlərində 5-ci dəfə Yaxın Şərqə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Blinken Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail, eləcə də İordan çayının qərb sahilinə səfər edəcək.

Məlumatda vurğulanır ki, ABŞ dövlət katibi HƏMAS hərəkatı tərəfindən saxlanılan “bütün girovların azad edilməsini təmin edəcək razılaşma əldə etmək üçün diplomatik səyləri davam etdirmək” və həmçinin döyüşlərdə humanitar fasilə yaratmaq niyyətindədir.