5 ildir təkadamlıq kameradadır - Gileyləndi

5-ildir-tekadamliq-kameradadir
Oxunma sayı: 659

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında saxlanılma şəraitindən gileylənərək, ona qarşı qeyri-insani rəftar olunduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, eks-prezident balaca, havalandırılmayan və antisanitar şəraiti olan kamerada saxlanıldığını iddia edib.

Saakaşvili digər siyasi məhbusların da bənzər vəziyyətdə olduğunu vurğulayaraq, oktyabrın 1-də həbs olunmasının 5 ilinin tamam olacağını xatırladıb:

“Nəzarət altında bu qədər uzun müddət təkadamlıq kamerada saxlanılmaq beynəlxalq normalara görə işgəncə və qeyri-insani rəftar hesab olunur”.

Məlumat üçün bildirək ki, bir qədər əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Saakaşvilinin “sağlam düşüncədən tamamilə uzaqlaşdığını” bəyan etmişdi.

Xatırladaq ki, 2004–2013-cü illərdə Gürcüstana rəhbərlik edən Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə ölkəyə qayıtdıqdan dərhal sonra həbs olunub. Qiyabi olaraq korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ümumilikdə 12 il azadlıqdan məhrum edilən eks-prezident həbsxanada dəfələrlə aclıq aksiyası keçirib və səhhətinin pisləşdiyini əsas gətirərək azadlığa buraxılmasını tələb edib.