60 milyonluq təyyarəni baltalayıb - Video

60-milyonluq-teyyareni-baltalayib
Oxunma sayı: 170

ABŞ rəsmiləri İrlandiya vətəndaşı, 48 yaşlı Daiti O'Korreyni Şennon hava limanında Amerika hərbi təyyarəsinə ciddi ziyan vurmaqda ittiham ediblər.

“Qafqazinfo” xəbər verir ki, Nyu-York prokurorluğunun açıqladığı sənədlərə görə, hadisə 11 aprel 2026-cı ildə qeydə alınıb.

Şübhəli ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 60 milyon dollar dəyərindəki “C-130 Hercules” təyyarəsinin kilidini sındıraraq içəri daxil olub.

Federal Təhqiqat Bürosunun (FTB) rəsmiləri bunun aylar öncədən planlaşdırılmış hücum olduğunu bildiriblər. O'Korreyn təyyarənin kabinəsindəki naqil və hidravlik xətləri kəsib, cihazları sıradan çıxarıb, yanacaq çəninə polad kürəciklər atıb və gövdəni balta ilə deşib. İttihamnamədə şübhəlinin partlayış riski yarada biləcək xətlərdən yan keçməsi onun məsələyə peşəkar şəkildə hazırlaşdığını göstərir.

Hadisə yerində İrlandiya polisi tərəfindən saxlanılan O'Korreyn 10 ilə qədər həbs cəzası ilə üz-üzədir.