77 saylı marşrut xətti “Xaliq Faiqoğlu” şirkətinin istismarına verildi - Foto

77-sayli-marsrut-xetti-xaliq-faiqoglu-sirketinin-istismarina-verildi
Oxunma sayı: 2268

İyunun 1-dən 77 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “Xaliq Faiqoğlu” şirkəti tərəfindən həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, artıq bununla bağlı müvafiq analizlər aparılıb və xəttə müasir Avro-6 standartlarına cavab verən iritutumlu avtobusların buraxılmasına qərar verilib. Həmçinin iyunun 1-dən xətt üzrə elektron (kartla) ödəniş sistemi tətbiq ediləcək.

“Xaliq Faiqoğlu” şirkətinin 77 saylı marşrut xətti üzrə istismarı həyata keçirməsi ilə hər gün 30 minə yaxın sərnişin (xüsusilə Yeni Yasamal y/m) daha keyfiyyətli xidmətlə təmin olunacaq.