ABŞ 75 ölkəyə viza verilişini dayandırdı - Siyahı - Yenilənib

abs-75-olkeye-viza-verilisini-dayandirdi
Oxunma sayı: 7833

ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində aralarında Rusiya və İranın da olduğu onlarla ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamentindəki mənbəyə istinadən “Fox News” telekanalı yayıb.

Sənədə əsasən, konsulluq işçilərinə viza müraciətlərini ərizəçilərin yoxlanılması və yeni seçim prosedurları tamamlanana qədər dərhal rədd etmək tapşırılıb.

Siyahıda 75 ölkənin adı yer alıb. Bunlar arasında Rusiya, İran, Əfqanıstan, Somali, İraq, Misir, Nigeriya, Braziliya, Tailand və Yəmən kimi ölkələr xüsusi qeyd olunub.

Xatırladaq ki, Dövlət Departamentinin bu addımı 2026-cı ilin yanvarından etibarən Donald Tramp administrasiyasının tətbiq etdiyi genişləndirilmiş “Səyahət Qadağası” (Travel Ban) siyasətinin bir hissəsidir.

***

ABŞ-nin immiqrant vizalarını verməyi dayandırdığı 75 ölkənin adları açıqlanıb.

Həmin ölkələr aşağıdakılardır:

Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kuba, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Kot d’İvuar, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Ruanda, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən.