ABŞ-da son sutkada 170 mindən çox insan koronavirusa yoluxdu

abs-da-son-sutkada-170-minden-cox-insan-koronavirusa-yoluxdu
Oxunma sayı: 653

ABŞ-da son sutka ərzində 170,612 nəfər koronavirusa yoluxub. Bununla da ümumi yoluxanların sayı 13,923,758 nəfər təşkil edib.

“Qafqazinfo” “Worldometers”ə istinadən xəbər verir ki,  ABŞ-da 1260 nəfər koronavirusun qurbanı olub, bununla da ölüm sayı 274,386-a çatıb.

Dünyada koronavirusdan ölüm və yoluxma sayına görə ilk sıralarda yer alan ABŞ-da 8 milyondan çox insan sağalıb, 195 milyonadək test olunub.